EN

Paşinyan: Bu, artıq reallıqdır, Əliyev də bunu deyir

BAKI, 22 oktyabr. TELEQRAF

Tbilisidə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Baş naziri Əli Əsədov və Gürcüstan Baş naziri İrakli Kobaxidzenin də iştirak etdiyi V İpək Yolu Forumunda iştirak edib.

Teleqraf xəbər verir ki, baş nazir forumun moderatorunun sualını da cavablandırıb.

“Hesab edirəm ki, 8 avqust hadisəsinin ab-havası da burada ifadə olunur. Bir il əvvəl belə bir şey görməzdik ki, Ermənistan baş naziri Azərbaycan baş nazirinə təşəkkür etsin. Biz həmişə Gürcüstan baş nazirinə təşəkkür edirdik. Bir il əvvəl görməzdik ki, Ermənistan baş naziri Azərbaycan baş naziri və ya prezidentinə, Azərbaycan baş naziri isə Ermənistan baş nazirinə təşəkkür etsin. Bu da çox mühüm hadisələrin sübutudur. Vurğulamaq istəyirəm ki, Ermənistanla Azərbaycan arasında həqiqətən də sülh bərqərar olub. Bu nüansa diqqət yetirmək istəyirəm, çünki mən də, Prezident Əliyev də bunu vurğulayırıq və bu, reallıqdır”, - Paşinyan qeyd edib.

Chosen
58
teleqraf.com

1Sources