EN

Şimali Kiprin yeni prezidenti bu tarixdə işə başlayacaq ÖZƏL

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Şimali Kipr Türk Respublikasında keçirilən 19 oktyabr prezident seçkilərinin qalibi Tufan Erhurman bu həftənin cümə günü vəzifəsinin icrasına başlayacaq.

Bunu Modern.az-a açıqlamasında Tufan Erhurmanın mətbuat katibi Tunay Mertekçi bildirib.

Mətbuat katibi Azərbaycanla bağlı sualımıza isə belə cavab verib:

"Təəssüf ki, hələlik nəsə deyə bilmərik. Bu barədə gələn həftədən fikirlərimizi açıqlayacağıq".

Qeyd edək ki, oktyabrın 19-da Şimali Kiprdə seçkilər keçirilib. Ali Seçki Komissiyası Tufan Erhürmanın prezident seçildiyini bəyan edib. Türkiyə tərəfindən dəstəklənən Ersin Tatar isə seçkilərdə ikinci yeri tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
modern.az

2Sources