EN

Neftçilər prospektinin bir hissəsində təmir işləri aparılır (FOTO)

Bakı.Trend:

Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq Meydanınınqarşısından keçən hissəsində təmir işlərinə start verilib.

Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrininhərəkəti müvəqqəti olaraq meydan ərazisindən təmin ediləcək.

İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatıfrezlənərək kənarlaşdırılır, ərazi yeni asfaltlanma üçün hazırvəziyyətə gətirilir. Daha sonra prospektin sözügedən hissəsinə yeniasfalt-beton örtüyü döşənəcək.

Ümumilikdə təmir-bərpa işlərinin aparıldığı ərazi təqribən 14min kvadratmetr sahəni əhatə edir.

Sürücülərdən görülən işlərə anlayışla yanaşmaları, hərəkətzamanı ehtiyatlı olmaları, müvəqqəti yol nişanlarının tələblərinəvə yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələri xahişolunur.

Qeyd edək ki, bundan əvvəl Azadlıq Meydanında da oxşar təmirişləri həyata keçirilib. Həmin təmir sahəsinin ümumi ərazisi isətəqribən 16 min kvadratmetr olub.

Neftçilər
Neftçilər
Neftçilər
Neftçilər
Neftçilər
Məqalədə:
Chosen
13
3
az.trend.az

4Sources