EN

“Qarabağ”ın U-19-u “Atletik”li həmyaşıdlarına uduzur - YENİLƏNİR

Sabah həm də “Qarabağ”ın U-19 komandası “Atletik”in U-19 kollektivinə qarşı oynayacaq.

Matç Gənclər Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində baş tutacaq. Bilindiyi kimi, “köhlən atlar”ın gənc futbolçuları bu turnirdə əsas komandanın Çempionlar Liqasında yaratdığı xarüqələri təkrarlamaqda acizdi. Hər halda, akademiyalar arasında ciddi səviyyə fərqi var. Bu üzdən təmsilçimizin uğurlu nəticəylə vətənə qayıdacağına inam azdı. Yenə də bu oyunu diqqət mərkəzində saxlamağa dəyər...

Gənclər Liqası
əsas mərhələ, 3-cü tur
Atletik U-19 – Qarabağ U-19 3:0

Peio Huestamendia, 5. Manex Lozano, 70. Kristian İmqa, 89
Qolla nəticələnməyən penalti: Peyo Huestamendya, 57.
Hakimlər: QAL LEVİ, Haz Orpaz Hen, Zeev Vladimir Frenkel (hamısı İsrail), Con Andrade Del Olmo (İspaniya).
22 oktyabr. Bilbao, “Lezama Kamp 2”. Saat 14.00.

“Qarabağ”ın yeniyetmələrinin ilk iki matçda faciəvi nəticələrə imza atmasından xəbərdarsız. Xatırladaq ki, gənclər səfərdə “Benfika”ya 1:7, evdə “Kopenhagen”ə 0:5 hesabıyla uduzub. Təəssüf ki, komanda belə məğlubiyyətlər üzündən turnir cədvəlinin 35-ci pilləsindədi. Bilbao təmsilçisinin durumu isə göz qamaşdırır. Bu komanda ilk matçda evdə “Arsenal”ı (3:1), ikinci görüşdə səfərdə Dortmund “Borussiya”sını məğlub edib (4:0). Basklar bu nəticələr sayəsində ikinci sırada qərarlaşıb. Əlbəttə, ispaniyalı yeniyetmələrin əlində indi daha parlaq qələbə qazanmaq şansı düşüb və heç şübhəsiz, bu fürsətdən maksimum yararlanacaqlar. Düzdü, “Qarabağ” nigeriyalı futbolçuların - yeni transferlər Muyideen Olude və Toheeb Abiodun viza problemlərini həll edib. Yəni onlar bu qarşılaşmada komandaya kömək edə biləcək. Ancaq reallıq bunun yekun nəticəyə böyük ölçüdə təsir etməyəcəyini deyir. Hər halda, onlar Bakıda “Kopenhagen”ə qarşı oynamışdı. O başqa məsələ ki, hər şeyə rəğmən, “Qarabağ”dan abırlı nəticə gözləməyə dəyər...

KƏNAN BAHADIR

Chosen
47
football-plus.az

1Sources