Bakı. Trend:
Azərbaycan infrastrukturu təkmilləşdirməklə və transsərhədəməliyyatları optimallaşdırmaqla Orta Dəhlizin potensialındanmaksimum istifadə etmək üçün çalışır.
Trend xəbər verirki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev V Tbilisi İpək Yolu Forumunda deyib.
“Biz Qazaxıstandakı və xüsusilə Gürcüstandakı tərəfdaşlarımızlasıx əməkdaşlıq etmişik və mövcud infrastrukturun tam gücü iləistifadəsini təmin etdiklərinə görə onlara minnətdaram”, – deyənazir bildirib.
O, 2022-ci ildən etibarən yükdaşımaların həcminin əhəmiyyətlidərəcədə artdığını vurğulayıb:
“Ərazimizdən keçən yüklərin həcmi demək olar ki, beş dəfə artıb.Konteyner daşımalarına gəlincə, 2023-cü ildə Çindən cəmi bir və yaiki blok qatarımız var idi. Keçən il bu rəqəm demək olar ki, 280-əyüksəldi, cari ilin ilk doqquz ayında isə bu rəqəmi 290-açatdırdıq. İlin sonuna qədər təxminən 400 konteyner qatarınınolacağını gözləyirik və bu da son hədd deyil”.
R.Nəbiyev səyahət vaxtının azaldılmasının vacibliyini də qeydedib:
“Biz başladığımız vaxtda qatarın Çin-Qazaxıstan sərhədindən Potivə Batumi limanlarına çatması üçün təxminən 53 gün lazım idi. İndibu müddəti 15–18 günə endirməyə nail olmuşuq, lakin bu da sondeyil. Brüsseldəki həmkarlarımız bu müddətin təxminən 14 günə qədərazaldılmasının tam mümkün olduğunu qeyd ediblər və biz də bunainanırıq”.
Nazir marşrut boyunca mövcud olan boşluqların müəyyən edilməsivə aradan qaldırılması üçün görülən son birgə səylərdəndanışıb:
“Avqust ayında biz Gürcüstan və Qazaxıstan dəmir yolları iləbirlikdə dəhliz layihəsi üzərində işlədik. Marşrutun - Qazaxıstansərhədindən tutmuş Poti və Batumi limanlarına, eləcə dəAxalkələkdəki terminalımıza qədər olan hissəsinin auditi üçünkonsaltinq şirkəti cəlb etdik. Bu, həm infrastruktur, həm dəbürokratik maneələri müəyyən etməyə imkan verdi. Sentyabr ayındaisə 2028-ci ilə qədər həyata keçirilməli konkret fəaliyyətbəndlərini əhatə edən yol xəritəsini imzaladıq.”