EN

Dabaq xəstəliyinin qarşısını almaq üçün hansı tədbirlər görülür? – RƏSMİ AÇIQLAMA

Ölkə ərazisində cütdırnaqlı heyvanlar arasında dabaq xəstəliyi yayılıb.

Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Təbii ki, xəstəliyin daha böyük coğrafiyada yayılmaması üçün dizinfeksiya işlərinin aparılması da zəruridir.

Hurriyyet.az xəbər verir ki, bu məsələnin nə yerdə olduğunu öyrənmək üçün Bizim.Media Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, artıq heyvan satışı bazarlarında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin əməkdaşlarının iştirakı ilə mexaniki təmizləmə və dezinfeksiya işlərinə başlanılıb:

“İlkin dezinfeksiya tədbirləri Bakı şəhəri, Salyan və Xaçmaz rayonlarının heyvan satışı bazarlarında keçirilir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birlikdə aparılan proses zamanı ərazisi tullantılardan mexaniki yolla təmizlənmiş bazarlar texniki avadanlıqlar vasitəsilə dezinfeksiya olunur.

Bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcud olan bütün heyvan satışı bazarlarında həyata keçirikəcək və qısa zamanda yekunlaşacaq”.

Chosen
18
1
hurriyyet.az

2Sources