EN

Vərəm xəstəliyi genetikdirmi?

"Mən tam əminliklə deyirəm ki, vərəm genetik xəstəlik deyil. Təəssüf ki, bu barədə cəmiyyətdə yanlış məlumatlar dolaşır. İnsanlar bəzən elə bilirlər ki, vərəm nəsildən-nəsilə, genlə ötürülür. Amma bu, belə deyil".

Redaktor.az xəbər verir ki, bunları Səhiyyə Nazirliyinin instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova bildirdi.

Həkim qeyd etdi ki, vərəm sırf infeksion xəstəlikdir:

"Xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçən vərəm mikobakteriyası (Mycobacterium tuberculosis) nəticəsində yaranır. Yəni vərəm genetik mənşəli deyil, tamamilə yoluxucu xəstəlikdir. Mən bunu tam əminliklə deyirəm".

Nuriyyə NATİQQIZI

Chosen
100
1
redaktor.az

2Sources