EN

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri 151-ci Assambleya çərçivəsində keçirilən müzakirələrdə çıxış ediblər (FOTO)

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanınbaşçılıq etdiyi nümayəndə heyəti Parlamentlərarası İttifaqının(PAİ) 151-ci Assambleyasında iştirak etmək məqsədilə İsveçrəKonfederasiyasının Cenevrə şəhərində işgüzar səfərdə olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, Azərbaycan parlament nümayəndə heyətinin üzvləriAssambleya çərçivəsində keçirilən müzakirələrdə iştirak və çıxışediblər.

Belə ki, nümayəndə heyətinin üzvləri – deputat Sevil Mikayılovatəşkilatın İcraiyyə Komitəsinin, Qadın Parlamentarilər Bürosununiclaslarında, deputat Əminə Ağazadə isə təşkilatın Demokratiya vəİnsan Haqları Daimi Komitəsinin iclaslarında və ümumi müzakirələrdəçıxış ediblər.

Milli Məclisin deputatı Kamran Bayramov PAİ-nin Sülh vəBeynəlxalq Təhlükəsizlik və Birləşmiş Millətlər Təşkilatının işləriDaimi Komitələrinin iclaslarında və ümumi müzakirələrdə çıxışedib.

Azərbaycan parlament nümayəndə heyətinin üzvləri çıxışlarındamüzakirə olunan mövzular, həmçinin təşkilatın gələcək fəaliyyətinədair müxtəlif fikir və təkliflərini səsləndiriblər.

Nümayəndə heyətinin hər üç üzvü həmçinin Avrasiya QrupununGörüşünə də qatılıblar.

Assambleya çərçivəsində keçirilən Asiya ParlamentAssambleyasının Koordinasiya görüşündə isə Milli Məclisin deputatıRizvan Nəbiyev iştirak edib.

Qeyd edək ki, 151-ci Assambleya çərçivəsində təşkilata üzvölkələrin parlamentlərinin Baş Katibləri Assosiasiyasının danövbəti sessiyası keçirilib. Tədbirdə Milli Məclis Aparatınınrəhbəri Fərid Hacıyev çıxış edərək, Milli Məclisdə rəqəmsaltransformasiya sahəsində görülən işlər, tətbiq olunan müasirinformasiya texnologiyaları və bu istiqamətdə əldə edilən nəticələrbarədə məlumat verib.

Assambleya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlamentİttifaqı ilə Milli Məclis arasında təşkilatın 20-ci sessiyasının2026-cı ildə Bakı şəhərində keçirilməsinə dair Anlaşma Memorandumuda imzalanıb. Sənədi Təşkilatın Baş katibi Muhammed Xurayçi Niyassvə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev imzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
55
10
az.trend.az

10Sources