Kremlə yaxın məmurun sözlərinə görə, MoskvaABŞ prezidenti Donald Trampın təmas xətti boyunca hərbi əməliyyatlara son qoymaq təklifinə razı deyil.
“Moskvanın tələbləri yerinə yetirilməyib. İndi dayanmaq eyni risklərlə tez bir zamanda üzləşmək və başlanğıc nöqtəsinə qayıtmaq deməkdir. Üstəlikqoşunlarhələ öz gücünü də bərpa edəcək”,- mənbə bildirib.
Məmur qeyd edib ki, Putin hələ də hər hansı saziş imzalamaq üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırmır və Moskvanın Kiyevi dəstəkləməkdən yorulduğuna inandığı Qərbi“əldən salmaq”niyyətindədir.
Kremllə işləyən media eksperti isə sülhün dünya üçün “hələ tez” olduğunu iddia edib.
- Baş Qərargah və hərbi komandirlər artıq Putinə Pokrovsk və Kupyansk şəhərlərini tutmaq vədini veriblər. Orada isə indi şiddətli döyüşlər gedir. Mövqelərimizi möhkəmləndirməyincə, cəbhə xətti barədə danışmayacağıq”,- jurnalistlərin mənbəsi vurğulayıb.
![]() |
| Tramp: “Hələ qərar qəbul etməmişəm” |
Bu baxımdan, ekspert Rusiya və ABŞ prezidentləri arasında əvvəllər qeyri-müəyyən müddətə təxirə salınan yeni sammitin Macarıstanda keçirilməsinin mümkünlüyünü şübhə altına alıb.
- Nəyin naminə dünyanın o başına uçmaq, uçuşlar üçün yalvarmaq və bütün bu hay-küyü salmaq lazımdır?”, - mənbə ritorik sual verib.
Xatırladaq ki, bundan əvvəl Ameriak lideri verdiyi bəyanatla Rusiya prezidenti Vladimir Putinlə keçirilməsi gözlənilən görüşü bir növ şübhə altına qoyub.
Sahil İsgəndərov
AzVision.az
