EN

Simonyan ölən əri barədə: Tiqranla nərd oynamağa gedirəm

BAKI, 22 oktyabr. TELEQRAF

“Rossiya Seqodnya” media qrupu və RT telekanalının baş redaktoru Marqarita Simonyan kimyaterapiyanın birinci kursunu başa vurduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“İlk kimyaterapiya seansından keçdim. Hələ bir neçə kimyaterapiya kursum var, amma neçə olduğu məlum deyil. Sonra radiasiya müalicəsi olacaq.

Ölümü gözləmirəm, ona inanmadığım üçün yox, ölüm Tanrıya qayıtmazdan əvvəl yer üzündəki sınaqların sonudur. Nə vaxt əmr edərsə, gedəcəm. Bundan sonra nə olacağını təxmin etmək mənasızdır. Ola bilsin, Tanrının köməkliyi ilə məni sağaltsınlar, ya da onun istəyi ilə gedim Tiqranla nərd oynayım. Çoxdandır nərd oynamırıq”, - Kremlin erməni təbliğatçısı bildirib.

Xatırladaq ki, o, bundan əvvəl ağır xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb, bildirib ki, xərçənglə mübarizə apardığı üçün bir müddət efirə çıxmayacaq.

Sentyabrın 26-da onun əri, kinorejissor Tiqran Keosayan ölüb. Yanvarda kliniki ölüm keçirən Tiqran bu müddət ərzində koma vəziyyətində olub.

Chosen
21
teleqraf.com

1Sources