EN

Nəsrin Cavadzadə qarşı cinsdə axtardığı özəllikləri açıqladı

Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şəxsi həyatı ilə bağlı sualları cavablayıb.

Axşam.az xəbər verir ki, aktrisa hazırda həyatında kiminsə olmadığını əlavə edib. O, həmçinin bunun səbəbini qarşı tərəfdə görmək istədiyi yüksək standartlarla əlaqələndirib:

"Hazırda həyatımda heç kimim yoxdur, olsa, deyərdim. Etiraf edirəm ki, standartlarım çox yüksəkdir. Ən yüksək standartım isə "six pack"dır (qarın əzələləri)".

Qeyd edək ki, Nəsrinlə Pamir son olaraq “Sandık kokusu” serialında çəkilib. O, aktyor Gökhan Alkanla nişanlı olub. Onlar ayrılıblar.  Aktrisanın sözügedən serialdakı tərəf müqabili aktyor Pamir Pekinlə də münasibəti qısa çəkib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
89
5
axsam.az

6Sources