EN

Deputat: Qarabağ və Şərqi Zəngəzur iqtisadiyyatın yeni mərhələsini formalaşdırır

BAKI, 22 oktyabr. TELEQRAF

Dövlət suverenliyi yalnız siyasi və hüquqi deyil, həm də iqtisadi dayaqlarla möhkəmlənir. Ulu öndər Heydər Əliyev bu prinsipi dövlət quruculuğunun təməli kimi müəyyən edib, Prezident İlham Əliyev isə iqtisadi müstəqilliyimizi praktik reallığa çevirib.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda deputat Günay Ağamalı deyib.

O qeyd edib ki, son 20 ildə həyata keçirilən islahatlar, enerji strategiyası, infrastruktur və sənaye layihələri Azərbaycanın tam iqtisadi suverenliyini təmin edib: “Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq prosesi artıq milli iqtisadiyyatın yeni mərhələsini formalaşdırır. Dünya iqtisadiyyatındakı təlatümlər fonunda ölkəmizin sabitliyi, az borcluluğu, güclü valyuta ehtiyatları və şaxələndirilmiş iqtisadiyyatı suveren siyasətimizin möhkəm əsaslarını təşkil edir”.

Deputat bildirib ki, iqtisadi müstəqillik təkcə resurs deyil, həm də insan kapitalına, elmə və sahibkarlığa yatırılan sərmayədir: “Bu, həm milli təhlükəsizlik, həm də xalqın rifahı deməkdir. Azərbaycan bu gün suveren iqtisadi gücünü milli iradə və strateji düşüncə ilə möhkəmləndirən dövlətdir”.

Chosen
67
teleqraf.com

1Sources