Məşhur aktrisa Nesrin Cavadzadə iştirak etdiyi bir tədbirdə şəxsi həyatı ilə bağlı verdiyi cavabla medianın diqqət mərkəzinə düşüb.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, aktrisa jurnalistlərin "Sevgiliniz varmı?" sualına verdiyi zarafatlı və səmimi cavab sosial şəbəkələrdə böyük maraq doğurub.
Tədbirdə jurnalistlərin suallarını cavablandıran Cavadzadə, özü haqqında yayılan münasibət iddialarına yumorla yanaşaraq, mətbuatın hər kişi dostunu "sevgilisi" kimi təqdim etməsindən narazı olduğunu bildirib. O, hazırda həyatında kimsənin olmadığını vurğulayıb:
"Hazırda həyatımda heç kim yoxdur, olsaydı, gizlətməzdim."
Daha sonra isə zarafatla öz ideal sevgili kriteriyasını açıqlayıb:
"Standartlarım çox yüksəkdir, ən yüksək standart – qarın əzələsi!"
Cavadzadənin bu cavabı tədbirdə gülüşlə qarşılanıb və qısa müddətdə sosial mediada ən çox paylaşılan açıqlamalardan birinə çevrilib.