EN

Əli Məsimli: Elmə ayrılan vəsaitin 80 faizi əməkhaqqına sərf olunur

BAKI, 22 oktyabr. TELEQRAF

Elmə ayrılan vəsaitin 80%-i əməkhaqqına sərf olunur. Elmlər Akademiyasına ayrılan vəsaitin isə 90%-i əməkhaqqına yönləndirilir.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deputat Əli Məsimli deyib.

O qeyd edib ki, bu istiqamətdə elə fundamental işlər görməliyik, elmə ayrılan vəsait əvvəl ÜDM-in 1%-nə, sonra isə 2%-nə bərabər olsun:

“Neft gəlirlərinin insan kapitalına çevirilməsində elm və təhsilin rolu mühüm əhəmiyyət kəsb edir”.

Chosen
49
6
teleqraf.com

7Sources