EN

Luvr oğurluqdan üç gün sonra yenidən açıldı

“İndependent” qəzetinin məlumatına görə, Luvr oğurluqdan üç gün sonra yenidən ziyarətçilərin üzünə açılıb.

Cəvahiratların oğurlandığı “Apollon Qalereyası” bağlı olaraq qalır. Muzeyin qalan salonları ziyarətçilərin üzünə açıqdır.

Daha əvvəl bildirilmişdi ki, Luvr soyğunundan dəymiş ziyan 88 milyon avro təşkil edir.

Oktyabrın 19-da səhər saatlarında Luvr Apollon qalereyasına soxularaq doqquz zinət əşyasını oğurlayan quldurların hücumuna məruz qalıb. III Napoleonun arvadı olan imperatriça Yevgeniyanın tacı küçədə qırılmış halda artıq tapılıb. Axtarışlar davam edir.

Oğurlanan əşyalardan biri imperatriça Yevgeniya de Montixo-nun qapağı olub. Muzey onu 6,72 milyon avroya alıb. İtkin düşmüş əşyaların siyahısında, Fransanın Mədəniyyət Nazirliyi tərəfindən qeyd olunanlar arasında, növbə ilə Hollandiya kraliçası Hortenziya de Boqarne və Fransa kraliçası Maria Amaliyyəyə məxsus olan tiara, boyunbağı və sırğa, Fransa imperatriçası Mariya Luizanın yaqut boyunbağı və bir cüt sırğa, həmçinin "relikvar bros" da var.

Almaz Həsənli

Chosen
23
oxumeni.az

1Sources