EN

Bakıda Azərbaycan-Estoniya iqtisadi əməkdaşlığı müzakirə edilib

İki ölkə arasında iqtisadi əməkdaşlığı müzakirə etdik.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2025-ci ildə ötən illə müqayisədə ticarət dövriyyəsində müsbət dinamika var: “Amma ümumi rəqəmlər ölkələrimizi qane etmir, daha böyük potensial var. Bu ilin 8 ayında ticarət dövriyyəmizin həcmi cəmi 25 milyon ABŞ dolları olub. 60-dan artıq Estoniya şirkəti Azərbaycanda qeydiyyatdadır, onların 42-si fəaliyyət göstərir. Ölkələrimiz arasında çox böyük potensialı olan sahələr var”.

XİN rəhbəri qeyd edib ki, 2024-2025-ci illərdə 373 Azərbaycan vətəndaşı Estoniyada ali təhsil alır.

Chosen
55
1
apa.az

2Sources