EN

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırıb

Bakı. Trend:

Azərbaycan son illər ərzində türk dövlətlərinin iqtisadiyyatına20 milyard dollardan çox sərmayə yatırıb.

Trend xəbərverir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəkeçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlətsuverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

A.Bayramov bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) üzvləriarasında investisiya imkanlarının genişləndirilməsi, birgəlayihələrin həyata keçirilməsi üçün ölkə bazarından çıxışın təminedilməsi, regiondaxili ticarətin inkişaf etdirilməsi və iqtisadifəaliyyətin dəstəklənməsi məqdəsilə Türk İnvestisiya Fondununyaradılması nəzərdə tutulur.

“Eyni zamanda TDT üzvləri ilə son illərdə ikitərəfli əsaslardaqarşılıqlı maraq doğuran istiqamətlərin, ixrac yönümlü məhsullarınistehsal edilməsi ilə bağlı birgə layihələrin maliyyələşdirilməsiməqsədilə Azərbaycan-Özbəkistan İnvestisiya Fondu, eləcə dəAzərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığındəstəklənməsi, tərəflərin iqtisadi maraqlarının modelləşdirilməsivə enkişaf etdirilməsi məqsədilə Azərbaycan-Qırğız İnkişaf Fonduyaradılıb”, - deyə nazir müavini vurğulayıb.

Chosen
78
5
az.trend.az

6Sources