ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində inşa olunan "Zərdabi Residence" ("Sevinc" MTK) Yaşayış Kompleksinin qaraj üçün nəzərdə tutulan hissəsinin konstruksiyası dəyişdirilərək mənzillər kimi satışa çıxarılıb.
Bakuplus.az-a müraciÉ™t edÉ™n vÉ™tÉ™ndaÅŸların sözlÉ™rinÉ™ görÉ™, binadakı liftlÉ™ mÉ™nfi 4-cü mÉ™rtÉ™bÉ™yÉ™ qÉ™dÉ™r eniblÉ™r vÉ™ burada avtomobillÉ™r üçün nÉ™zÉ™rdÉ™ tutulmuÅŸ qaraj sahÉ™sindÉ™ "mÉ™nzil"lÉ™r tikildiyinin ÅŸahidi olublar.Â
İddiaya görə, qarajın yerindəki evlər müqavilə əsasında satılır. Lakin kompleksin nümayəndələri bu mənzillərin rəsmi satışda olmadığını bildiriblər.
Potensial alıcılar tikinti və təhlükəsizlik normalarının kobud şəkildə pozulduğunu qeyd ediblər. Çünki bu "mənzil"lərdə pəncərə yoxdur, otaqlarda isə yalnız havalandırma çıxışları quraşdırılıb.
"Burada yanğın olsa, necə söndürüləcək? Vətəndaşa bunker satmaq olar? Bu məsələ mütləq araşdırılmalıdır", deyə şikayətçilərdən biri bildirib.
Qeyd edək ki, kompleksdə ənənəvi şəkildə inşa edilən, yəni yeraltı sahələrdə deyil, normal yaşayış mərtəbələrində yerləşən mənzillərin hər kvadratmetri 2900 manata təklif olunur. Qarajda satılan mənzillərin qiymətləri barədə isə rəsmi məlumat verilmir.




Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.