EN

Azərbaycanda iqtisadi sahədə uğurlu şəffaflıq strategiyası həyata keçirilir - Vahid Novruzov

Bakı. Trend:

Şəffaflıq olmadan əldə edilən uğurları saxlamaq, inkişafetdirmək çətin məsələdir. Ona görə ölkəmizdə bu sahədə çox uğurluşəffaflıq strategiyası həyata keçirilir.

Trend xəbərverir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov MilliMəclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsindəkeçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlətsuverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik”mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

O bildirib ki, şəffaflıq tərəqqiyə, qapalılıq isə tənəzzüləgətirib çıxarır.

“Təəssüf ki, bəzi sahələrdə hələ də müşahidə olunan qapalılıq,şəffaflığın az olması tələb edir ki, bu sahədə də qanunvericilik vəicra orqanları tərəfindən fəaliyyətimizi daha da gücləndirək ki,dövlətin suverenliyi daha möhkəm olsun və qarşımıza qoyulanməsələlər daha uğurla həyata keçirilsin.

Şanlı qələbədən daha güclü iqtisadiyyata getməliyik. Bunun üçünAzərbaycanda hər bir şərait var”, - deyə V.Novruzov qeyd edib.

Məqalədə:
Chosen
63
az.trend.az

1Sources