Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi Vəkillər Kollegiyasına üzv qəbul olub.
Moderator.az xəbər verir ki, bunlar Azad Məcidov və Mahmud Ağalarovdur.
Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.
Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.
Azad MÉ™cidov 2007-ci ildÉ™ Bakı Ağır CinayÉ™tlÉ™r MÉ™hkÉ™mÉ™sinÉ™ hakim tÉ™yin edilib. Bu illÉ™r É™rzindÉ™ o, ölkÉ™ gündÉ™mindÉ™ olan bir çox iÅŸlÉ™rin hökmünü çıxarıb. Buraya müğənni FÉ™dayÉ™ Laçının, tarixçi-alim SÉ™buhi Hüseynovun, “Bravo” hipermarketÉ™ basqında tÉ™qsirlÉ™ndirilÉ™n ÅŸÉ™xslÉ™rin, ermÉ™ni diversantların bir qrupunun iÅŸlÉ™ri dÉ™ daxildir. Onun icraatında olan son sÉ™s-küylü iÅŸ talassemiyalı uÅŸaqların pulunun É™lÉ™ keçirilmÉ™si ilÉ™ baÄŸlı idi.
Ümumulikdən 40 il hüquq-mühafizə və məhkəmə sistemində çalışan A.Məcidov bu ilin əvvəlində yaş həddi ilə bağlı hakim vəzifəsindən təqaüdə çıxıb.
Digər vəkil Mahmud Ağalarov da uzun müddət prokurorluq orqanlarında çalışıb. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Ötən il yaş həddi ilə bağlı təqaüdə çıxıb.
Mahmud Ağalarov hakimlik dövründə bir çox səs-küylü işlərə hökm oxuyub.
