ain.az bildirir, Oxu.az portalına istinadən.
"Landau Education Group" ilə ölkənin aparıcı tibb müəssisələrindən olan "Sağlam ailə" Tibb Mərkəzi və "Zəfər" Tibb Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum "LANDAU School"un şagirdləri və onların valideynləri üçün tibbi xidmətlərə daha əlçatan imkanlar yaratmağı və tərəflər arasında uzunmüddətli strateji əməkdaşlığı inkişaf etdirməyi hədəfləyir.
Əməkdaşlıq çərçivəsində valideyn və şagirdlər yüksəkkeyfiyyətli tibbi xidmətlərdən yararlana biləcək, müasir texnologiyaların tətbiqi və peşəkar mütəxəssislərin dəstəyi ilə sağlamlıq xidmətlərindən faydalanacaqlar. Memorandum həmçinin razılaşdırılmış kampaniyalar, endirimlər və xüsusi tibbi paketlərin təqdim edilməsini nəzərdə tutur ki, bu da "LANDAU School"un valideynlərinə təqdim olunan "Loyallıq" proqramının əsas hissəsini təşkil edir.
Tərəflər tibbi xidmətlərin qanunvericilik normalarına və beynəlxalq standartlara uyğun şəkildə göstərilməsini təmin edəcək, keyfiyyətə davamlı nəzarət mexanizmlərini tətbiq edəcəklər. 22 illik təcrübəyə malik, TÜRKAK akkreditasiyalı "Sağlam ailə" Tibb Mərkəzi ilə "Zəfər" Tibb Mərkəzi tərəfindən təqdim olunan xidmətlərin hər biri valideyn və şagirdlərin sağlamlığını ön planda tutaraq etibarlı, səmərəli və müasir yanaşmalar əsasında həyata keçiriləcək.
Bu əməkdaşlıq həm təhsil, həm də sağlamlıq sahəsində valideyn və şagirdlər üçün əlavə üstünlüklər və imkanlar təmin etməklə cəmiyyətin rifahına mühüm töhfə verəcək. Memorandum gələcəkdə birgə təşəbbüslərin, kampaniyaların və sağlamlıq sahəsində layihələrin reallaşdırılması üçün möhkəm təməl yaradacaq, həmçinin tərəflər arasında davamlı əməkdaşlığın inkişafına zəmin hazırlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
