EN

“Con Lennonu məşhur olmaq üçün öldürdüm” –Əfsanəvi musiqiçinin qatilindən etiraf

Əfsanəvi britaniyalı musiqiçi Con Lennonun qətlinə görə cəza çəkən David Çapman cinayəti “mşhur olmaq” üçün törətdiyini deyib.

AzPost “New York Post” -a istinadən xəbər verir ki, bunu Çapman şərti azadlığa buraxılış şurasına deyib. Qatil etiraf edib ki, onun motivi tamamilə eqoizm olub. Çapman bu motivin Con Lennonun populyarlığı sayəsində məşhur olmaq istəyindən qaynaqlandığını bildirib.

1981-ci ildə ömürlük həbs cəzasına məhkum edilən Çepmen musiqiçinin pərəstişkarlarından üzr istəyib.

2025-ci ilin avqustunda şərti azadetmə şurası onuncu dəfə Çapmanın şərti azadlığa buraxılmasını rədd edib. Onun işinə növbəti baxış 2027-ci ilin fevralında baş tutacaq.

AzPost.az

Chosen
51
1
azpost.info

2Sources