EN

Trampın elanı Moskva birjasını qarışdırdı

ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşünü təxirə salmaq qərarına gəlməsi ilə bağlı mətbuatda yayılan xəbərlərdən sonra Rusiya birjası son 3 ilin ən aşağı səviyyəsinə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb.

Nəşrin məlumatına görə, Rusiyanın 40 ən böyük şirkətinin səhmlərinin daxil olduğu Moskva Birjasının indeksi çərşənbə axşamı ticarətdə 4,1% azalıb və bu, 2022-ci ilin sentyabrından bəri ən kəskin eniş olub.

Pul ifadəsində indeks kapitallaşmanın 256 milyard rublunu (3 milyard dollar) itirərək 2632,4 bəndədək azalıb. “Aeroflot”un səhmləri 5,4%, “Qazprom”un 5%, “Novatek”, “Sovcomflot”, “Norilsknikel” və “Rostelecom”un 4%, VTB-nin 3,8%, “Sberbank”ın 3,5% və “Rosneft”in 3% ucuzlaşıb.

Xatirə SADİQ

Chosen
70
nocomment.az

1Sources