EN

Paylanın Azərbaycanla bağlı sözləri Türkiyəni silkələdi – VİDEO

Türkiyənin qatı müxalif Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan və bir müddət deputat kimi parlamentdə erməni əhalini təmsil edən Qaro Paylanın açıqlaması ölkədə rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, Paylan xarici mətbuata açıqlamasında Azərbaycanı hədəf alıb.

Keçmiş deputat hazırda Ermənistanın toparlanma mərhələsindən keçdiyini və yaxın zamanda Azərbaycana hücum edə biləcəyini söyləyib. Paylan Ermənistanın Qarabağa və ətraf ərazilərə nəzarət edərkən “ölkənin suverenliyinin tam olduğunu” deyib.

Onun, “Hazırda Azərbaycana hücum edəcək qədər güclü deyilik, onlara qarşılıq vermək üçün 3-5 ilə ehtiyacımız var” sözləri ciddi müzakirələrə səbəb olub.

“İndiki məqamda onlara əlimizi uzatmalıyıq. Strategiyamız, siyasətimiz bu olmalıdır. Sülhü təmin etmək üçün Ermənistanın ABŞ və Fransa kimi güclü dəstəkçilərə ehtiyacı var. İqtisadiyyatımızı gücləndirəcəyik, ordumuzu möhkəmləndirmək üçün silah-sursat, texnika satın alacağıq və bütün bunlar yaxın 3-5 ildə olacaq”, – Türkiyə ermənisi bildirib.

Paylanın Azərbaycana gələcək hücum anonsu Türkiyədə böyük rezonans doğurub. Türkiyə parlamentində deputat olmuş, bu ölkədə doğulub böyümüş birinin Ermənistandan vətəni kimi bəhs etməsi, “biz” şəklində fikirlərini paylaşması narahatlığa səbəb olub. Hətta sosial şəbəkələrin Türkiyə seqmentində bir çox böyük səhifələr, fəal istifadəçilər müsahibəni paylaşaraq cəmiyyətə təhlükə xəbərdarlığı verirlər.

Maraqlıdır ki, müsahibə 2025-ci ilin yanvarında, yəni hələ avqustun 8-də Bakı və İrəvan arasında ABŞ-da razılaşmalar əldə edilməmişdən, sülh sazişi paraflanmamışdan öncə yayımlanıb. Sadəcə olaraq son 2 gündə Türkiyə gündəminə düşüb. Paylanın sözləri revanşizm meyli kimi dəyərləndirilib və bu düşüncənin Türkiyə üçün də zərərli olacağı bildirilib.

Chosen
19
1
editor.az

2Sources