EN

Vuçiç: Avropa Rusiya ilə arasına “dəmir pərdə” çəkmək istəyir

Serbiya prezidenti Qərbin neytral mövqeyə hörmət etmədiyini bildirib...

Poliqon xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Avropanın Rusiyadan “pərdə” çəkməklə ayrılmaq istədiyini və digər ölkələrin müstəqil siyasət yürütmək hüququna hörmət etmədiyini bəyan edib. O, bu fikirləri hakim Serb Tərəqqi Partiyasının 17-ci ildönümünə həsr olunmuş mərasimdə səsləndirib.

Vuçiçin sözlərinə görə, Serbiya yaxın aylarda daha da güclü təzyiqlərlə üzləşəcək:
Avropa Rusiyaya qarşı yeni bir pərdə — siyasi və iqtisadi sədd qurmaq niyyətindədir. Dünyada heç kim Serbiyanın apardığı siyasətdən məmnun deyil, yalnız Serbiya vətəndaşları istisna olmaqla. Biz bu siyasəti məhz sizin və bütün serblərin maraqları üçün aparırıq,” — deyə dövlət başçısı vurğulayıb.

O həmçinin xatırladıb ki, Belqrad BMT-nin Ukrayna ilə bağlı qəbul etdiyi qətnamələrdən yalnız Rusiyaya sanksiyaları nəzərdə tutmayan bəndləri dəstəkləyib. Vuçiç bildirib ki, Serbiya beynəlxalq təzyiqlərə baxmayaraq, öz xarici siyasətində balans və müstəqillik prinsipinə sadiq qalmaqda davam edəcək.

Poliqon.info

Chosen
64
poliqon.info

1Sources