EN

Hindistan Rusiyadan çoxlu sayda S-400 raketi almağı planlaşdırır

Hindistan hakimiyyəti Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemi üçün raketlərin böyük partiyasını almağa çalışır.

AzPost -un məlumatına görə, bu barədə ANI yerli xəbər agentliyi müdafiə mənbələrinə istinadən xəbər verir.

“Hindistan Hərbi Hava Qüvvələri özünün hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün əhəmiyyətli miqdarda raket almaq niyyətindədir. Artıq bu məsələ ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparılır”, – nəşr yazır.

Jurnalistlər müqavilənin ümumi dəyərinin təxminən 1,1 milyard dollar ola biləcəyini öyrəniblər. Hindistan Müdafiə Nazirliyi bu təklifə oktyabrın 23-də Müdafiə Əldə etmə Şurasının (DAC) iclasında baxmağı planlaşdırır.

Həmçinin qeyd edilir ki, Hindistan hakimiyyəti Rusiyadan hava-hava tipli raketlər almağı və birgə istehsal edilən BrahMos səsdən sürətli qanadlı raketlərinin yeni modifikasiyalarını hazırlamağı düşünür.

Bir müddət əvvəl Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev Rusiya və Hindistanın S-400 tədarükünün genişləndirilməsini müzakirə etdiyini bildirmişdi.

AzPost.az

Chosen
29
azpost.info

1Sources