Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, Mixail Həmidov küçəsində qanunsuz tikinti işlərinin aparıldığı bildirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, obyektin inşası sürətlə davam edir.
NOCOMMENT.az xəbər verir ki, sakinlər iddia edirlər ki, tikinti prosesinə nəzarət edən qurumlar məsələni görməzdən gəlirlər. Onların sözlərinə görə, Suraxanı Rayon İcra Hakimiyyəti və aidiyyəti dövlət orqanları baş verənlərə reaksiya vermir.
Maraqlıdır, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi bu barədə məlumatlıdırmı? Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu tikintiyə hansı mövqedən yanaşır?