EN

Türkiyə və HAMAS rəsmiləri Dohada görüşdü

BAKI, 21 oktyabr. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Dohada HAMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş İsmayıl və hərəkatın Siyasi Bürosunun üzvləri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Anadolu Agentliyi" məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Qətərdə səfərdədir.

Chosen
101
12
teleqraf.com

10Sources