ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin Budapeştdə görüşəcəyinə dair açıqlama Avropa paytaxtlarında ciddi narazılıq doğurub.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” yazır.
Nəşrin məlumatına görə, görüş yerinin Macarıstanın paytaxtı Budapeşt olaraq seçilməsi Kiyev və digər Avropa ölkələrini narahat edib. Bunun əsas səbəbi Macarıstan baş naziri Viktor Orbanın uzun müddətdir Rusiyanın müttəfiqi, Avropa İttifaqının isə açıq tənqidçisi olmasıdır.
Qəzetin mənbələrindən biri bildirib ki, “bu qərar heç kimə xoş gəlməyib”:
“Biz hamımız dişimizi sıxaraq gülümsəyirik və hər şey qaydasındadır deyirik”.
Musavat.com