EN

Sağlam qidalanmaq üçün çox pul xərcləməyə ehtiyacyoxdur

Endokrinoloq Maksim Kuznetsov düzgün qidalanmağın baha başa gəldiyi barədə fikri mif adlandırıb.

Redaktor.az xəbər verir ki, o, Telegram” kanalında sağlam həyat tərzini seçənlərin istifadə etdiyi məhsullara daha ucuz alternativləri təqdim edib.

Mütəxəssis bildirib ki, forel və qızılbalığı (semqa) daha münasib qiymətə olan skumbriya və siyənəklə (seld) əvəz etmək mümkündür. Kürü əvəzinə isə o, treska qaraciyərindən (cod liver) istifadə etməyi məsləhət görüb.

Kuznetsovun sözlərinə görə, çia toxumlarını da daha sərfəli olan kətan toxumu və ya çoxlu lif və B qrupu vitaminləri ilə zəngin olan noxudla əvəz etmək olar.

Aytəkin TOFİQQIZI

Chosen
54
1
redaktor.az

2Sources