EN

“Qarabağ” Bilbaoya gəzməyə gəlməyib”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Atletik”in futbolçusu Aytor Paredes Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

“Xalımız yoxdur və qarşıda 6 oyun var. “Qarabağ” Bilbaoya gəzməyə gəlməyib. Onlar iki görüş keçirib və qələbə qazanıblar. Bu, sürpriz deyil. Çempionlar Liqasında altı xalları var və kaş ki, bizdə də olardı. Özümüzü favorit saymırıq, rəqibə hörmət etməliyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
71
futbolpress.az

1Sources