EN

“Qapalı məktəb”in rejissoru öldürüldü

“Qapalı məktəb” serialının müəllifi və rejissoru Sergey Politik oktyabrın 18-də Moskvada yerləşən evinin qarşısında qətlə yetirilib.

"Unikal" xəbər verir ki, istintaqın verdiyi məlumata görə, 56 yaşlı Sergey evinin qarşısında siqaret çəkərkən naməlum şəxs ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs Politikin sinəsinə bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılsa da, o, aldığı xəsarətlərdən həyatını itirib.

İlkin versiyaya görə, qətldə məqsəd son illərdə Sergey Politikin aktiv şəkildə mübarizə apardığı narkotik satıcılarından biri ola bilər.

Chosen
63
unikal.az

1Sources