EN

Estoniyalı nazir Azərbaycana gəlir

Estoniyanın xarici işlər naziri Marqus Tsaxna bu həftə Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Estoniyanın "Postimees" qəzeti məlumat yayıb.

Naziri işgüzar nümayəndə heyəti müşayiət edəcək.

Estoniya XİN-in məlumatına görə, səfər çərçivəsində Estoniyanın xarici işlər nazirinin azərbaycanlı həmkarı Ceyhun Bayramov, o cümlədən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini və iqtisadi işlər naziri ilə görüşü nəzərdə tutulub.

Səfərin məqsədi ikitərəfli münasibətləri, ilk növbədə, iqtisadi sahədə inkişaf etdirmək, Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda birgə bəyannamə imzalamasından sonra Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan tərəqqiyə dəstək ifadə etməkdir.

Chosen
70
39
unikal.az

10Sources