EN

Yeməkdən sonra ürək ritminin pozulması bununəlamətidir

Bəzən yeməkdən sonra yaranan ürək ritminin pozulması ürək-damar və sinir sistemindəki pozuntuların ilk əlaməti ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə  kardioloq Yevgeni Kokin life.ru-ya danışıb.

Kokin bildirib ki, yemək zamanı və ya sonra ürək ritminin pozulması ən çox hallarda sadəcə orqanizmin fizioloji xüsusiyyətidir. Lakin o, xəbərdarlıq edib ki, əgər bu simptom başgicəllənmə, sinədə ağrı, nəfəs darlığı, zəiflik və ya şüur itkisi ilə müşayiət olunursa, diqqətli olmaq lazımdır.

"Hər yeməkdən sonra təkrarlanan sürətli ürək döyüntüsü həyat keyfiyyətini pisləşdirir və ritm ilə bağlı dərin pozuntuların əlamətidir. Bu, dərhal həkimə müraciət etməyin səbəbidir", - deyə kardioloq vurğulayıb.

Aytəkin TOFİQQIZI

Chosen
49
1
redaktor.az

2Sources