Kapital Bank– “Birbank” SİMA yeni nəsil imzanın inteqrasiyasına başlayıb. Bankın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru Fərid Hüseynov GDP.Az-a açıqlamasında bildirib ki, proses artıq bu ay etibarilə start götürüb:“Bu ay başlamışıq. Yəqin ki, marta qədər tamamlanar, amma detallı hələ baxmaq lazım olacaq,” – deyə o qeyd edib.Məsələ ilə bağlı AzInTelecom MMC-nin PR şöbəsinin rəhbəri Amin Nəzərli isə bildirib ki, quruma məxsus olan SİMA – yeni nəsil rəqəmsal imzanın Kapital Bank -“Birbank”a inteqrasiyası ilə bağlı razılıq əldə olunub:“Hazırda qarşılıqlı əməkdaşlıq çərçivəsində tərəfdaşa lazım olan bütün texniki və inzibati məsələlərdə dəstək göstərilməklə inteqrasiya prosesi aparılır,” – deyə Nəzərli vurğulayıb.Beləliklə, Kapital Bank və AzInTelecom arasındakı bu əməkdaşlıq rəqəmsal identifikasiya və imzalama proseslərini asanlaşdırmaqla “Birbank” istifadəçilərinə daha təhlükəsiz və sürətli xidmət göstərilməsini təmin edəcək.