EN

125 nömrəli avtobus bulvarda ağaca çırpıldı: sürücü yaralandı - VİDEO

“BakuBus”a məxsus 125 nömrəli sərnişin avtobusu yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtobusun sürücüsü xəsarət alıb.

Ölkə.az-ın məlumatına görə, bu barədə "Bakubus"dan bildirilib.

"Bu gün saat 10:51 radələrində Neftçilər prospekti istiqamətində, Bulvar ərazisi yaxınlığında 125 nömrəli müntəzəm marşrut avtobusun sürücüsünün səhhətində qəfil narahatlıq yaranıb və o, nəqliyyat vasitəsini dayandırmağa cəhd etsə də, idarəetməni itirərək avtobusu Bulvar ərazisinə tərəf yönəldib. Hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Sürücüyə ilkin tibbi yardım göstərilməsi üçün dərhal Təcili Tibbi Yardım Xidməti çağırılıb", - açıqlamada bildirilir.

Chosen
72
olke.az

1Sources