EN

Sarkozi həbsxanaya göndərildi - VİDEO

Bu səhər Fransanın keçmiş prezidenti Nikolas Sarkozi Parisin XIV rayonunda, Sena çayının sol sahilində yerləşən La-Sante həbsxanasına gəlib. 

Musavat.com xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeydn edək ki, sentyabrın 25-də Sarkozi Liviya seçki kampaniyasının maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıb. Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edilib.

"Le Figaro" qəzetinə verdiyi müsahibədə Sarkozi həbsxanaya iki kitab aparacağını bildirib.

Fransız mediası, keçmiş prezidentin evindən çıxaraq Paris həbsxanasına yola düşdüyü anları əks etdirən kadrları yayıb.

Onun tərəfdarları evin qarşısında toplaşaraq Sarkozini alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Nikolas Sarkozi Fransa müharibədən sonrakı tarixində həbs olunan ilk prezidentdir.

Musavat.com

Chosen
75
musavat.com

1Sources