Mahaçqala şəhərində keçirilən polis reydi zamanı 29 Azərbaycan vətəndaş saxlanılıb. Onlardan 19 nəfərin Rusiyada qalma qaydalarını pozduğu müəyyən edilib.
Bizim.Media xəbər verir ki, polis yoxlaması nəticəsində məlum olub ki, həmin şəxslər heç bir icazə sənədi olmadan əmək fəaliyyəti ilə məşğul olublar.
Rusiya hüquq-mühafizə orqanlarının qərarına əsasən, qaydaları pozan 19 nəfər azərbaycanlı ölkədən çıxarılacaq. (Mənbə: İnsanoid)
Bizim.Media