EN

Heyvanlarda dabaq sürətlə yayılır: İnsanlara keçə bilərmi? - Nazirlikdən AÇIQLAMA

Son zamanlar regionlarda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar yayılır. Azərbaycanda insanlar arasında bu xəstəliyə yoluxma halları qeydə alınırmı? Belə hallar müşahidə olunarsa, yoluxmalar əsasən hansı bölgələrdə qeyd edilir və epidemioloji vəziyyət necə idarə olunur?

Musavat.com bu barədə Səhiyyə Nazirliyinə sorğu unvanlayıb.


Nazirlikdən bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb:

"Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur. Təsərrüfatda belə hallar aşkarlanarsa, heyvanların sanitar qaydada kəsilməsi və ət məhsullarının termik emal edilməsi tövsiyə olunur.

Xəstəliyin ictimai sağlamlığa potensial təsirini nəzərə alaraq, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməli, həmçinin insanlar çiy və ya tam bişməmiş heyvandarlıq məhsullarının istehlakından çəkinilməlidirlər".

Musavat.com

Chosen
95
30
musavat.com

10Sources