EN

Livandakı erməni kilsəsindən ağır zərbə: Qaregin meydanda tək qaldı

BAKI, 21 oktyabr. TELEQRAF

“Böyük Kilikiya Evi”nin (Livandakı erməni kilsəsi - red.) katolikosu I Aram Ermənistan Baş naziri Nikol Paşinyanın güclü təzyiqləri qarşısında qalan bütün ermənilərin katolikosu II Qaregini tək qoyub.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.

Nəşr bildirib ki, I Aram arxiyepiskop Şahan Sərkisyanı Nikol Paşinyanla danışıqlar aparmaq üçün Ermənistana göndərib:

“Məlumata görə, onlar baş nazirlə danışıqlara gəliblər ki, o, katolikosa qarşı təzyiqlər və aksiyaları dayandırsın.

I Aramın II Qareginə qarşı təzyiqlərin qarşısını almaq üçün kifayət qədər səy göstərməməsi ilə bağlı Erməni Apostol Kilsəsində (Eçmiədzin kafedralı - red.) narahatlıq var. Hazırda Ermənistanda üç yeparxiya rəhbəri həbsdədir: arxiyepiskoplar Mikayel və Baqrat, həmçinin Proşyan.

Bir sözlə, kilsə mənbələrinin bildirdiyinə görə, Kilikiya katolikosluğu tərəflər arasında uzun müddətdir davam edən fikir ayrılıqları səbəbindən Nikol Paşinyanın II Qareginə qarşı apardığı kampaniyaya qarşı mübarizədən bir qədər uzaqda qalıb.

Bütün bunların fonunda ötən gün Paşinyanın katolik kilsəsində səmimi qarşılanması diqqət çəkir: o, icmanı qəbul edib, şam yandırıb, Roma Papası ilə görüşüb”.

Chosen
97
teleqraf.com

1Sources