EN

Mərkəzi Nəbatat Bağında abadlıq işləri GÖRÜLƏCƏK

ain.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda Mərkəzi Nəbatat Bağında abadlıq və yaşıllaşdırma işləri görüləcək.

BAKU.WS-in məlumatına görə, layihə çərçivəsində ağacların quru budaqlarının kəsilməsi və daşınması, dekorativ ağacların və kolların formaya salınması, həmçinin yaşıl çəpərlərin kəsilməsi nəzərdə tutulur.

Bundan əlavə, bağda yerləşən skamyaların, metal konstruksiyaların və uşaq meydançası avadanlıqlarının rənglənməsi işləri də həyata keçiriləcək.

Abadlıq işlərinin məqsədi Nəbatat Bağının ərazisində daha səliqəli, baxımlı və estetik mühitin yaradılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
baku.ws

2Sources