EN

Şəmkirdə mikroavtobus piyadanı vuruböldürdü

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Təzəkənd kənd sakini, 1982-ci il təvəllüdlü Hacılı Yavər Kamil oğlu idarə etdiyi "Mercedes Vito" markalı mikroavtobusla yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

 

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Chosen
52
1
senzor.az

9Sources