EN

50-dən çox insanın toplaşa biləcəyi komplekslərdə antiterror mühafizə tədbirləri nəzərə alınmalıdır

50-dən çox insanın toplaşa biləcəyi komplekslərdə antiterror mühafizə tədbirləri nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ticarət-əyləncə kompleksləri. Layihələndirmə normaları”nda əksini tapıb.

Layihələrdə mühəndis-texniki və rejim tədbirləri xüsusi yer tutur.

Ərazidə postlar radiomüdaxilə cihazları və partlayışdan mühafizə vasitələri ilə təmin edilməlidir.

Dozimetrlər, yoxlama güzgüləri və digər avadanlıqlardan da istifadə olunmalıdır.

Chosen
94
heftelik.az

1Sources