EN

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə öldü

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölüb.

Bizim.Media report-a istinadən xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.
 

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.


Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Chosen
30
15
bizim.media

10Sources