Husilər BMT-nin Sənadakı kompleksini tərk edib, əvvəllər saxlanılan əməkdaşları azad ediblər. Bu barədə TASS-a BMT-nin mətbuat xidməti məlumat verib. Bildirilir ki, 15 xarici əməkdaş artıq “Sənadakı BMT kompleksində sərbəst hərəkət edə, BMT qurumları və ailələri ilə əlaqə saxlaya bilirlər”. 18 oktyabrda kompleksin ərazisində saxlanılan 5 yerli əməkdaş da azad olunub.