EN

Füzulidə doğuş zamanı körpə öldü


Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölümü baş verib.

Medicina.az xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.

Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.




Chosen
17
15
medicina.az

10Sources