EN

Füzulidə doğuş zamanı körpə öldü

Füzulidə vaxtından əvvəl doğuş zamanı körpə ölümü baş verib. 

"Unikal" xəbər verir ki, "2-ci Qayıdış" qəsəbə sakini 1997-ci il təvəllüdlü Mehdizadə Nərmin Qəhrəman qızı Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib.

Aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağının ana bətnində ölməsi səbəbindən dölün xaric olunması qərarı verilib.

Hazırda ananın səhhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
43
15
unikal.az

10Sources