EN

Tramp prezidenti "dəli" adlandırdı, səfir geri çağırıldı

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dəki səfirini geri çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 16-da ABŞ-nin narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.
Chosen
51
4
sherg.az

4Sources