“Real Madrid” yenə birinci oldu
Futbolçuların transfer dəyərinə əsasən, dünyanın ən bahalı klublarının yeni reytinqi müəyyənləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Transfermarkt” portalının tərtib etdiyi siyahıda qeyd olunub.
Bildirilir ki, siyahının zirvəsində İspaniyanın “Real Madrid” komandası qərarlaşıb. Kral klubunun ümumi dəyəri 1,4 milyard avro olaraq qiymətləndirilib.