Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.
ONN media xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.